YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı – Avrasiya əməkdaşlığının dialoq ünvanı

Samir Baxşiyev

YAP Siyəzən rayon təşkilatının sədri

Son illərdə Azərbaycan bir sıra mötəbər beynəlxalq tədbirlərə, zirvə görüşlərinə və nüfuzlu forumlara ev sahibliyi edərək qlobal əməkdaşlığın inkişafına mühüm töhfələr verir. Bakıda keçirilən beynəlxalq platformalar ölkəmizin siyasi, iqtisadi və diplomatik əlaqələrinin genişlənməsinə, dövlətlər arasında dialoqun və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.

Cari ilin oktyabr ayının 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün keçirilməsi də Azərbaycanın beynəlxalq əməkdaşlıqdakı rolunun əhəmiyyətini bir daha gündəmə gətirir. AQEM-in Bakı Zirvə Görüşü Azərbaycanın Asiya ilə Avropa arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin inkişafında oynadığı rolu da ön plana çıxarır. Bu platforma üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi və ortaq problemlərin müzakirəsi üçün mühüm imkanlar yaradır. Zirvə Görüşündə iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında ölkəmizin xarici siyasətinin əsas prinsiplərini, beynəlxalq hüquqa münasibətini, regional və qlobal təhlükəsizlik məsələlərinə dair mövqeyini diqqətə çatdırdı.

Cənab Prezidentin çıxışının əsas mesajlarından biri beynəlxalq münasibətlərdə ikili standartlara yol verilməməsi və beynəlxalq hüququn bütün dövlətlərə eyni şəkildə tətbiq olunmasının vacibliyi idi. Dövlət başçısı bir daha vurğuladı ki, dünyada davamlı sülh və təhlükəsizlik dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında təmin edilməlidir. Dövlət başçısının çıxışında dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunması, münaqişələrin həlli və davamlı sülhün təmin edilməsi kimi məsələlər mühüm yer tutdu.

Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ölkəmizin tarixində yeni mərhələnin başlanğıcıdır. Bu gün Azərbaycan regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində təşəbbüslərlə çıxış edir. Ölkəmizin mövqeyi ondan ibarətdir ki, davamlı sülh beynəlxalq hüquqa hörmət və qarşılıqlı etimad əsasında qurulmalıdır.

Zirvə Görüşünün mühüm nəticələrindən biri də Azərbaycanın AQEM-ə sədrliyinin daha iki il müddətinə uzadılması oldu. Bu qərar ölkəmizin təşkilat çərçivəsində həyata keçirdiyi fəaliyyətə və beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfələrə göstərilən etimadın ifadəsi kimi qiymətləndirilə bilər. Azərbaycanın sədrliyinin davam etdirilməsi üzv dövlətlər arasında siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və ortaq çağırışlara birgə yanaşmaların təşviqi baxımından yeni imkanlar yaradır. Prezident İlham Əliyevin Zirvə Görüşündəki çıxışı Azərbaycanın beynəlxalq gündəlikdəki prioritetlərini və çoxtərəfli əməkdaşlığa münasibətini əks etdirir. Bakının növbəti mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəmizin qlobal dialoqda iştirakını və beynəlxalq əlaqələrinin genişliyini bir daha nümayiş etdirir.