YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Təhsil millətin gələcəyidir

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

2020-ci ildə 44 günlük Vətən müharibəsində öz gücü ilə tarixi torpaqlarını erməni işğalından azad edən Azərbaycan Ordusu 2023-cü il sentyabrın 20-də bir günlük lokal xarakterli antiterror əməliyyatları nəticəsində öz suverenliyini tam olaraq bərpa etdi. Azərbaycan öz gücünü, qüdrətini bütün dünyaya göstərdi. Şanlı Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində bir an belə dayanmadan irəliləyərək, hər gün kəndləri, yaşayış məntəqələrini düşməndən azad etdi.

Şanlı ordumuz düşmənin 30 il ərzində yaratdığı müdafiə xətlərini yararaq ağır coğrafi şəraitdə Ermənistan ordusunu ağır məğlubiyyətə uğratdı. Bir çox ölkələrin Ermənistana maddi, fiziki və ağır silahlarla kömək etməsinə baxmayaraq Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatları nəticəsində Azərbaycan nəinki beynəlxalq hüququ, öz milli qürurunu bərpa etdi, bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz. Möhtəşəm qələbələr onu göstərdi ki, bəlkə də heç bir ölkədə bizim xalq qədər birlik nümayiş etdirən cəmiyyət yoxdur. Bizdən sonra gələn nəsil, ilk növbədə, milli ruhda tərbiyə almalıdırlar. Bunun üçün də gənclərimiz təhsilli, savadlı olmalıdır.

Prezident İlham Əliyev 2023-cü il noyabrın 28-də Qarabağ Universitetinin yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksək ixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Qarabağ Universiteti publik hüquqi şəxs yaradılıb. Qarabağ Universitetinin yaradılması işğaldan azad olunmuş ərazilərimizin yenidən bərpası istiqamətində aparılan uğurlu siyasətin çox önəmli addımlarından biridir. 1992-ci ilin fevralında erməni faşistlərinin yer üzündən sildiyi, dinc sakinlərini kütləvi surətdə işgəncələrlə məhv etdiyi Xocalının 10 kilometrliyində hazırda bu ali təhsil ocağının fəaliyyət göstərməsi soyqırımı qurbanlarının intiqamının alındığını bir da nümayiş etdirir.

Prezident İlham Əliyev sentyabr ayının 20-də Qarabağ Universitetinin açılışında çıxış edərək bildirdi ki, bu gün Qarabağda, azad Qarabağda olmaq, sizi görmək, yataqxanada, o eyvanda tələbələrin gülər üzlərini görmək doğrudan da böyük xoşbəxtlikdir. Bəlkə də bundan böyük xoşbəxtlik ola bilməz. Dövlət başçısı, həmçinin qeyd etdi ki, əgər 1993-cü ildə xalqın tələbi ilə Ulu Öndər Azərbaycana gəlməsəydi, Azərbaycan, ümumiyyətlə, dünya xəritəsindən silinə bilərdi. Sabitlik yaradıldı, inkişafa qədəm qoyuldu və quruculuq işlərinə başlandı.

Qarabağ Universitetinin yaradılması tarixi hadisədir. Ən önəmlisi gənclər, yəni tələbələr buraya böyük həvəslə gəlməyə başladılar. Bu ali təhsil ocağında ölkəmizin hər bir bölgəsindən ümumilikdə 1200 tələbə var. 600-dən çox bal toplayan tələbələr görüşdə iştirak edirlər və buraya böyük həvəslə gəlmişlər.

Prezident gənclərin qarşısında bu vəzifəni qoydu ki, yaxşı oxuyun, hər zaman Azərbaycan Zəfər çalsın, hər zaman – əgər lazım olarsa, həm döyüş meydanında, həm iqtisadi sahədə, həm siyasi müstəvidə, hər bir yerdə Azərbaycan həmişə zirvələrdə olsun.

DİGƏR Xəbərlər Arxiv