YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Beyləqanda şahmat idman növü üzrə rayon turniri keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Beyləqan rayon təşkilatının və Beyləqan Uşaq Gənclər-İdman Şahmat məktəbinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında şahmat idman növü üzrə rayon turniri keçirilib.

Beyləqan Uşaq Gənclər-İdman Şahmat məktəbində keçirilən turnirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov çıxış edərək bildirib ki, turnir Azərbaycanda şahmatın indiki səviyyəyə çatmasında müstəsna xidmətləri olmuş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilib.

Qeyd olunub ki, Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində Ümummilli Lider idmanın inkişafına daim böyük qayğı göstərib və məhz onun təşəbbüsü ilə respublikamızın şəhər və rayonlarında çoxsaylı uşaq-gənclər şahmat məktəbləri istifadəyə verilib. Sevindirici haldır ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər və idman siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonda qaliblərə diplom və medallar təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv