YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Pirallahıda Ulu Öndərin anadan olmasının 102-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

Pirallahıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.

Əvvəlcə Pirallahı qəsəbəsinin girişində yerləşən körpü yaxınlığında təşkil olunan ağacəkmə aksiyası çərçivəsində əraziyə 150 ədəd ağac və gül kolu əkilib, ağaclara aqrotexniki qulluq göstərilib.

Aksiyada Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Pirallahı rayon təşkilatı sədri Emil Abasov, rayonda fəaliyyət göstərən idarə, müəssisə rəhbərləri iştirak ediblər.

Daha sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar. Daha sonra Pirallahı Gənclər Evində təşkil olunmuş “4 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ-nin yetirmələrinin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Vasif İmanov, YAP İdarə Heyətinin üzvü Asif Əsgərli, Pirallahı Bələdiyyəsinin sədri Əli Kərimov və digərləri Ulu Öndərin göstərdiyi misilsiz xidmətlərdən danışıblar. Bildirilib ki, Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin hüquqi təməllərini formalaşdıraraq, Konstitusiyanı dövlətin ali hüquqi sənədi kimi təsbit etmişdir. O, hüquqi dövlət, qanunun aliliyi, insan hüquq və azadlıqları, hakimiyyət bölgüsü kimi konstitusion prinsiplərin tətbiqini strateji prioritetə çevirmişdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi və hüquqi kurs davam etdirilir, konstitusion islahatlar, hüquqi institutların inkişafı və vətəndaş cəmiyyətinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılır.

Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirakları ilə seçilən bir qrup şəxsə fəxri fərman, Rayon Ağsaqqallar Şurasının bir neçə üzvünə mükafat, partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub.

Eyni zamanda “S.Murtuzəliyev küçəsi 37” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zəmanə Səmədovaya 60 illik yubileyi münasibətilə hədiyyə təqdim olunub.

Tədbir bədii hissə ilə davam etdirilib.

DİGƏR Xəbərlər Arxiv