Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Ekvador Prezidenti Daniel Noboa Azinə təbrik məktubu ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ekvador Respublikasının Prezidenti Daniel Noboa Azinə təbrik məktubu ünvanlayıb.
"Hörmətli cənab Prezident,
Ekvador Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Ekvador arasında dostluq münasibətlərinin daha inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Ekvador xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram".