YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Qəhrəman Yuriy Kovalyovun 60 illik yubileyi münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və Azərbaycanda Rus İcmasının Respublika Şurasının birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Yuriy Kovalyovun 60 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdən öncə Milli Qəhrəman Yuriy Kovalyovun Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Beynəlxalq Muğam Mərkəzində davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycanın Milli Qəhrəmanı Yuriy Kovalyovun döyüş yolundan bəhs edən “Kəşfiyyatçı Yura” adlı film nümayiş olunub.

Tədbirdə YAP İdarə Heyətinin üzvü, Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, İctimai Televiziya və Radio Yayımları Şirkətinin çəkiliş qrupunun rəhbəri Əlövsət Sadıqov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Azərbaycanın Milli Qəhrəmanı Yuriy Kovalyovun döyüş yoldaşı ehtiyatda olan polkovnik Elmar Hüseynov və başqaları çıxış ediblər. Çıxışlarda şəhidlərin xatirəsinin hər zaman dərin ehtiramla yad olunduğu və qəhrəman oğulların şərəfli həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılmasının vacibliyi bildirilib.

Azərbaycanın Milli Qəhrəmanı Yuriy Kovalyovun qızı Regina Kovalyova göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini çatdırıb.

Tədbir bədii hissə ilə davam edib. Xalq artisti, YAP İdarə Heyətinin üzvü Samir Cəfərov, Əməkdar artist, Prezident mükafatçısı Anton Ferştandt və Azərbaycan Opera və Balet Teatrının solisti Nina Makarova vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər.

DİGƏR Xəbərlər Arxiv