Xəbərlər
İrlandiya Prezidenti Maykl Higgins və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar

İrlandiya Prezidenti Maykl Higgins Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir: "Zati-aliləri.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına İrlandiya xalqı adından və öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Qoy, gələcək illər Azərbaycan xalqına sülh, daha çox rifah və xoşbəxtlik gətirsin!".
Həmçinin Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir: "Hörmətli İlham Heydər oğlu.
Qırğız Respublikası xalqının adından və şəxsən öz adımdan Sizi və Azərbaycan Respublikasının xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm.
Sevindirici haldır ki, müstəqil Azərbaycan böyük uğurlar qazanıb, daxili və xarici məsələləri səmərəli şəkildə həll edərək bu gün yüksək mövqe tutur, beynəlxalq arenada böyük nüfuza malikdir.
Qırğızıstan ilə Azərbaycan arasında qardaşlıq və strateji tərəfdaşlıq sıx dostluq və qarşılıqlı hörmət əsasında inkişaf edir. Qəti əminəm ki, dövlətlərimiz arasında əməkdaşlıq iki qardaş xalqın rifahı naminə bundan sonra da uğurla inkişaf edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və əmin-amanlıq, Azərbaycan Respublikasının qardaş xalqına isə davamlı sülh və tərəqqi arzulayıram".