YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb və Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud Azərbaycan Prezidenti İlham Əliyevi təbrik ediblər

Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: "Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Həmçinin Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: "Zati-aliləri.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə, Azərbaycan Hökumətinə və qardaş Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının qeyd olunduğu bu əlamətdar gün xalqınızın dəyanətinin, birliyinin, arzularının rəmzidir.

Somali Federativ Respublikası ölkələrimiz arasında münasibətləri səciyyələndirən səmimi əlaqələri və inkişaf edən əməkdaşlığı yüksək qiymətləndirir.

Əminəm ki, Somali ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın qarşılıqlı rifahı naminə gələcək illərdə dərinləşməkdə davam edəcəkdir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

DİGƏR Xəbərlər Arxiv