YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Latviya Prezidenti Edqars Rinkeviçs və Vyetnam Sosialist Respublikasının Prezidenti Lıonq Kıonq Azərbaycan Prezidenti İlham Əliyevi təbrik ediblər

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: "Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi Latviya xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, xoş arzularımı çatdırıram.

Latviya və Azərbaycan ikitərəfli əlaqələri dinamik şəkildə inkişaf etdirib və bu əlaqələr qarşılıqlı maraq doğuran yeni sahələri əhatə etməkdə davam edir. Xalqlarımız arasında qurulmuş yaxşı əlaqələr ölkələrimizin gələcək əməkdaşlığı üçün mühüm baza təşkil edir. Davosdakı son görüşümüzü və fikir mübadiləmizi böyük məmnunluqla xatırlayıram. Ölkələrimizin sülh və təhlükəsizlik şəraitində daha da inkişafını təmin etmək üçün əlaqələrimizin genişləndirilməsini səbirsizliklə gözləyirəm.

Latviya inanır ki, Avropa İttifaqı ilə Azərbaycan arasında daha dərin əməkdaşlıq hər iki tərəfə iqtisadi inkişafın və regional sabitliyin artması da daxil olmaqla mühüm faydalar gətirə bilər. Ona görə də Latviya bu dialoqun gücləndirilməsi istiqamətində səyləri dəstəkləməkdə davam edəcəkdir.

Cənab Prezident, beynəlxalq qaydalara əsaslanan sistemin ciddi sınaqdan keçdiyi bu keşməkeşli vaxtlarda mən Sizi Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin əsas prinsiplərini dəstəkləmək üçün çoxtərəfli forumlarda sıx əməkdaşlıq etməyə dəvət edirəm.

Zati-aliləri, Sizə ali dövləti fəaliyyətinizdə davamlı uğurlar, ölkənizə və xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Həmçinin Vyetnam Sosialist Respublikasının Prezidenti Lıonq Kıonq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: "Zati-aliləri.

İcazə verin, Vyetnam dövləti və xalqı adından Sizə Azərbaycan Respublikasının Müstəqillik Gününün 107 illiyi münasibətilə ən səmimi təbriklərimi çatdırım.

Azərbaycan xalqının yaxın dostu olan Vyetnam ölkənizin Sizin rəhbərliyinizlə inkişafı, beynəlxalq inteqrasiya sahəsində nailiyyətləri, regionda və dünyada mövqeyinin, statusunun möhkəmləndirilməsi ilə bağlı uğurlara daim maraq göstərir və sevinir.

Məmnuniyyətlə qeyd edirəm ki, ölkələrimiz arasında ənənəvi dostluq münasibətləri güclü inkişaf mərhələsinə qədəm qoyub və bu baxımdan, 2025-ci ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri və iki ölkə arasında strateji tərəfdaşlığın qurulması mühüm tarixi mərhələ olub.

Əminəm ki, Vyetnam ilə Azərbaycan arasında mövcud ənənəvi dostluq və strateji tərəfdaşlıq əsasında ölkələrimiz əməkdaşlığın daha da möhkəmləndirilməsi və genişləndirilməsi, həmçinin bu əməkdaşlığın bütün potensialından hər iki xalqın rifahı naminə istifadə olunması üçün yeni imkanlar əldə edəcəklər.

Azərbaycan Respublikasına tərəqqi, Azərbaycan xalqına səadət arzulayıram.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və şərəfli vəzifənizdə böyük uğurlar diləyirəm".

DİGƏR Xəbərlər Arxiv