Xəbərlər
YAP İmişli rayon təşkilatının 32 illiyi münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatının təsis edilməsinin 32 illiyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Daha sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətindən bəhs edən “Uğurlu gələcək, işıqlı sabah” adlı videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev və digərləri Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlərin Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlı olduğunu deyiblər.
O da qeyd olunub ki, yarandığı gündən ümumxalq partiyası imicini qazanan Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün təbəqələrini öz sıralarında birləşdirərək onların arzu və istəklərinin həyata keçirilməsinə səy göstərir.
Sonra bir qrup partiya veteranına fəxri fərman və hədiyyələr təqdim olunub.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.