YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Masallıda Heydər Əliyevin xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 56-cı ildönümü münasibəti ilə “1969-2003-cu illərdə Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrətinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, rayon Ziyalılar Cəmiyyətinin sədri, partiya veteranı Qardaş Fətullayev, partiya fəalları Qoşqar Hətəmov, Mürvət Abbasov, Vaqif Şükürov və başqaları çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətlərindən danışıblar. Natiqlər bildiriblər ki, 14 iyul 1969-cu il müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gündür. Ulu Öndər Heydər Əliyevin təşkilatçılıq qabiliyyəti, mövcud problemləri dərindən öyrənərək onların aradan qaldırılmasını təmin etmək bacarığının Vətənə və xalqa güclü məhəbbəti ilə birləşərək öz bəhrəsini verdiyi qeyd olunub. Vurğulanıb ki, Azərbaycan xalqının milli dirçəliş, dövlət müstəqilliyi arzusunun ideyadan gerçəkliyə doğru inkişafı öz başlanğıcını məhz 14 iyul 1969-cu ildən götürür.

DİGƏR Xəbərlər Arxiv