YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti Yamaykanın Baş nazirini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Yamaykanın Baş naziri Endryu Holnessə bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə öz adından və Azərbaycan xalqı adından təbrik məktubu ünvanlayıb.

Dövlətimizin başçısı məktubunda bu il Azərbaycan ilə Yamayka arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd ediləcəyini bildirib.

“Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv