YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Zaqatalada Vətən Müharibəsi Qəhrəmanının doğum günü münasibətilə məzarı ziyarət olunub

Zaqatalada Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan İsmayıl Səmədovun doğum günü münasibətilə məzarı ziyarət edilib. Milli Məclisin deputatı Asif Əsgərov, Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, ictimaiyyət nümayəndələri, kənd sakinləri şəhidin uyuduğu məzarı ziyarət edərək, xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Millət vəkili Asif Əsgərov tədbirdə çıxış edərək İsmayıl Səmədovun döyüş yolundan, Vətən uğrunda göstərdiyi şücaətdən danışıb, şəhidin əziz xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağını vurğulayıb. O, bütün şəhid ailələrinin dövlətimizin daimi diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edib.

Daha sonra keçirilən görüş çərçivəsində seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.

DİGƏR Xəbərlər Arxiv