Xəbərlər
Zaqatalada Anım Günü tədbirləri çərçivəsində şəhidlərin əziz xatirəsi yad edilib

Zaqatala rayonunda Anım Günü tədbirləri çərçivəsində şəhidlərimizin əziz xatirəsi yad olunub. Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini ilə birlikdə Faldarlı və Qandax kəndlərində şəhidlərin məzarlarını və xatirə komplekslərini ziyarət edib.
Millət vəkili Asif Əsgərov şəhidlərimizin qəhrəmanlıq yolundan danışaraq, onların Vətən uğrunda göstərdikləri fədakarlığın xalqımız üçün daim qürur mənbəyi olduğunu vurğulayıb. O, şəhid ailələrinin qayğıları ilə maraqlanıb, onların fikirlərini dinləyib və dövlətimizin bu kateqoriyadan olan şəxslərə göstərdiyi diqqət və qayğını bir daha qeyd edib.
Qeyd olunub ki, qəhrəman şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaqdır.
Sonda şəhid ailələri və kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.