Xəbərlər
Prezident İlham Əliyev Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 1,5–3 dəfə artım əmsalları tətbiq edilib.