Xəbərlər
Milli Məclisin deputatı Asif Əsgərov seçicilərlə görüşüb

Milli Məclisin deputatı Asif Əsgərovun Zaqatala rayonunun Qandax kəndində ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhid Şahin İsgəndərovun ailəsini ziyarət edib.
Görüşdə millət vəkili 44 günlük Vətən müharibəsində şəhidlərin döyüşlərdə göstərdiyi şücaətlərdən bəhs edib, onların hər birinin qısa, lakin mənalı həyat yolunun gənc nəsil üçün nümunə olduğunu vurğulayıb. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun işğal altındakı torpaqları azad etdiyini qeyd edərək, belə qəhrəman övladlar böyütdüklərinə görə şəhid valideynlərinə dərin təşəkkürünü ifadə edib.
Sonra Asif Əsgərov Qandax kəndində seçicilərlə görüş keçirib.
Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.