YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Füzuli şəhərinin azad olunması Ordumuza əlavə mənəvi güc verdi

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

17 oktyabr tarixi Azərbaycanın qəhrəmanlıq salnaməsində mühüm  səhifələrdən biridir. Beş il bundan öncə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tariximizə  torpaqlarımızın işğaldan  azad edildiyi günləri  yazdı. 17 oktyabr  Füzuli şəhərinin mənfur düşməndən azad edildiyi tarixdir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi. Həmin  Sərəncama əsasən 17 oktyabr Füzuli Şəhəri Günü kimi qeyd edilir.

44 günlük İkinci Qarabağ müharibəsi bir daha bu  reallıq təsdiqlədi ki, düşmən torpaqlarımızı sülh danışıqları əsasında geri vermək niyyətində olmayıb. İşğal altında olan torpaqlarımızda qurulan möhkəm istehkamlar, Ermənisan silahlı qüvvələrinin silahlandırılması diqqətdən kənarda qalmadı. Azərbaycan Orducunun gücü, qüdrəti sayəsində bu istehkamlar dağıdıldı, hər gün əldə olunan qələbə Silahlı Qüvvələrimizin döyüş ruhunu artırdı, bir an belə geri çəkilməyərək Zəfər yürüşünü uğurla davam etdirdi.

Hər gün xalqımız cəbhədən gələn xəbərlərin sevinci ilə yaşayırdı. Rayonların,  şəhərlərin, kəndlərin işğaldan azad olunması xalqımızda Qələbəyə olan inamı daha da möhkəmləndirirdi.  Cəbrayıldan sonra Füzuli şəhərinin azad olunması Ordumuza əlavə mənəvi güc verdi.

Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib.

Torpaqlarımızın azad olunmasında iştirak etmiş əsgər və zabitlərimizin igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı  təsis edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrimizin 25325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olundu.

İkinci Qarabağ müharibəsində ümumilikdə Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Hazırda Füzuli rayonunda  genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.  Bütün bu işlər sistemli və planlı şəkildə  aparılır. Prezident İlham Əliyev  ötən beş ildə Füzuli rayonuna 20-dən artıq  səfər edib, görülən işlərlə tanış olub. Səfərlərin say tərkibinə, eyni zamanda, görülən işlərin xronologiyasına nəzər salsaq Füzuli rayonunun timsalında azad edilmiş bütün torpaqlarımızda görülən işlərin aydın mənzərəsini görərik. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın  tarixi Zəfərimizdən sonra azad edilmiş ərazilərimizə ilk səfəri də Füzuli və Cəbrayıl  rayonlarına oldu. Azərbaycan Bayrağının ucaldılması, bunun ardınca rayonun bərpası və yenidən qurulması ilə bağlı  işlərə start verilməsi xalqımızın sevincini daha da artırdı. Azərbaycan dünya hərb tarixində bu ilkə də imza atdı ki, müharibə başa çatan kimi dərhal bu torpaqlarda  bərpa-quruculuq işlərinə başladı. Bu, Azərbaycan xalqının necə qurucu xalq olduğunu, torpaqlarına qovuşmasının sevincini yaşadığını və qısa zamanda bu ərazilərə qayıdıb onlara əvvəlki nəfəsi vermək istəyini nümayiş etdirdi. Eyni zamanda, Azərbaycanın 30 il  müharibə şəraitində yaşasa da  hər bir sahədə, xüsusilə iqtisadi sahədə atdığı addımlar və əldə etdiyi uğurlar postmünaqişə dövrünün  mühüm reallığı olan işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinə hazırlığın göstəricisidir.  Qısa müddətdə - cəmi 8 ay ərzində müasir tələblərə tam cavab verən, Qarabağın hava qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilməsi  dövlətimizin iqtisadi qüdrətinin bariz nümunəsidir. Bu hava limanı bölgəni nəqliyyat-logistika mərkəzinə çevirəcək, turizm potensialını artıracaq, iqtisadi inkişafına təkan verəcək. Qısa zamanda istifadəyə verilən Zəfər yolu hər kəsi Qarabağın tacı Şuşaya  qovuşdurur. Hazırda bütün işğaldan azad edilmiş ərazilərimiz quruculuq meydanına çevrilib.

DİGƏR Xəbərlər Arxiv