YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nizami rayon təşkilatının könüllü və fəalları Gəncə şəhərində olublar

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının könüllüləri və fəalları 2020-ci ilin oktyabr ayında Ermənistan tərəfindən 5 dəfə terror hücumuna məruz qalmış Gəncə şəhərinə səfər ediblər.

Səfər çərçivəsində Gəncə şəhərinin mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsi və Şəhidlər xiyabanı ziyarət olunub. Sonra Gəncə Memorial Kompleksi ilə tanışlıq olub.

Məlumat verilib ki, cəbhə xəttindən 80 kilometr aralıda yerləşən Gəncə şəhəri Vətən müharibəsi dövründə oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-də Ermənistan silahlı qüvvələrinin “Toçka-U”, “Smerç”, “SCUD” və digər raket sistemlərindən atəşə məruz qalıb. Bu amansız hücumlar nəticəsində 6-sı uşaq olmaqla, 26 mülki şəxs həyatını itirib, 142 dinc sakin isə yaralanıb. Gəncə Memorial Kompleksi məhz həmin zərbələrdən birinin endirildiyi ərazidə – yaşayış binalarının yerində inşa olunub və 4 hektar sahəni əhatə edir. Orijinal memarlıq həlli ilə seçilən abidə spiralvari forması ilə raketin yerdə buraxdığı iz – krateri simvolizə edir. Kompleksin açıq meydanında isə dağıdılmış binaların qalıqları xüsusi instalyasiya şəklində qorunub saxlanılıb. Aypara formalı ikimərtəbəli binanın ümumi sahəsi 2400 kvadratmetrdir. Birinci mərtəbədə muzey ekspozisiyası, ikinci mərtəbədə isə seminar, təlim və müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş çoxfunksiyalı zal yerləşir.

Muzeydə “XX əsrin əvvəli”, “Deportasiya və məcburi köçkünlük”, “Soyqırımı və kütləvi qırğınlar”, “Atəşkəs və Vətən müharibəsi dövrü”, “İtkin düşənlər, kütləvi məzarlıqlar, mina terroru” və “İşıqlı gələcəyə doğru” adlı zallar fəaliyyət göstərir.

Qeyd edilib ki, Prezident İlham Əliyevin 2022-ci ilin yanvarında təməlini qoyduğu bu kompleks İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olmuş günahsız insanların əziz xatirəsini əbədiləşdirmək və müharibənin acı reallıqlarını gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır.

Gəncə Memorial Kompleksi ilə tanışlıqdan sonra YAP Gəncə şəhər təşkilatının qərargahında gənclər Ermənistanın raket hücumu zamanı yaralanmış və həmin dövrdə təbəssümü ilə bütün dünyaya Azərbaycan xalqının sınmaz iradəsini, mərdliyini nümayiş etdirmiş Bəxtiyar Heydərli ilə görüşüblər.

Bəxtiyar Heydərli Ermənistan silahlı qüvvələrinin törətdiyi Gəncə terroru ilə bağlı xatirələrini danışıb, 2025-ci il sentyabrın 28-də Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimində Prezident İlham Əliyevlə görüşündən unudulmaz təəssüratlarını bölüşüb.

Çıxış edən YAP Gəncə şəhər təşkilatının sədri, partiyanın İdarə Heyətinin üzvü Bayram Aslanov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları Azərbaycanın parlaq Zəfərindən, gənclərin vətənpərvər ruhda yetişdirilməsindən, qarşıda duran vəzifələrdən söz açıblar.

DİGƏR Xəbərlər Arxiv