YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

"Konstitusiya və Suverenlik İli" çərçivəsində Yasamalda ağacəkmə aksiyası keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Yasamal bələdiyyəsinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası təşkil olunub.

Aksiyada Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Vüsal Hüseynov, həmçinin Yasamal Rayon İcra Hakimiyyəti, YAP Yasamal rayon təşkilatı, ərazi partiya təşkilatlarının nümayəndələri, Yasamal bələdiyyəsi, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları və partiya fəalları iştirak ediblər.

Aksiya çərçivəsində ərazidə çoxlu sayda ağac əkilib, əkilən ağaclar suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.

Ağacəkmə aksiyasının əsas məqsədi ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq sahələrinin artırılması ilə ekoloji tarazlığın qorunmasını təmin etmək, eyni zamanda ictimaiyyət, xüsusilə də gənclər arasında təbiətə qayğı və ekoloji məsuliyyət hissini gücləndirməkdir.