Partiya xəbərləri
Böyük Birlik Partiyasının nümayəndələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər
Türkiyənin Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Desticinin rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev Mərkəzini ziyarət edib.
İştirakçılar mərkəzdəki Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən sənədlər, eləcə də eksponatlarla tanış olublar.
Qonaqlar, həmçinin “Azərbaycan inciləri: tarixin axarında” sərgisinə baxış keçiriblər.
