YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Polşa GUAM-la sıx əməkdaşlıqda maraqlıdır

Fevralın 1-də Polşanın Ukraynadakı səfiri Henrik Litvin Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat - GUAM-ın baş katibi Altay Əfəndiyevlə görüşüb.

Təşkilatın Kiyevdəki mənzil-qərargahından bildirilib ki, görüşdə Polşa və GUAM arasında münasibətlərin tarixindən söz açılıb, təşkilatda işlərin cari vəziyyəti, əməkdaşlığın perspektiv istiqamətləri, habelə GUAM+ formatında qarşılıqlı fəaliyyət barədə fikir mübadiləsi aparılıb.

Tərəflərin regionda və onun ətrafında yaranmış vəziyyətlə bağlı GUAM dövlətləri və onların tərəfdaşlarının qarşılıqlı fəaliyyətinin intensivləşdirilməsinə, xüsusən də GUAM nəqliyyat dəhlizinin inkişafına, Azad Ticarət Zonasının yaradılması haqqında sazişin həyata keçirilməsinə dair fikirləri üst-üstə düşüb.

Polşa diplomatı həm GUAM-Polşa, həm də regionda vəziyyətin sabitləşməsinə, ölkələrin iqtisadi inkişafına və beynəlxalq əməkdaşlığın dərinləşməsinə kömək edəcək çoxtərəfli və regional formatlarda əməkdaşlığın inkişafında maraqlı olduğunu təsdiqləyib.

Tərəflər sıx tərəfdaşlıq haqqında razılıq əldə ediblər.