YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Başlıca məqsədlərdən biri Azərbaycan vətəndaşının sosial müdafiəsinin gücləndirilməsidir

«Qlobal böhran beynəlxalq aləmdə, bütün ölkələrin sosial-iqtisadi durumunda özünü bir sıra mənfi tendensiyalarla biruzə verir. Dünya bazarında neftin qiymətinin 4-dəfəyə qədər aşağı düşməsi artıq 2 aydır ki, Azərbaycan manatını da devalvasiyaya uğradıb. Əlbəttə, ölkənin sosial həyatına, iqtisadiyyatına hiss oluna biləcək qədər təsir göstərəcək bu amil və onun nəticələri ötən qısa müddət ərzində Prezidentımız İlham Əliyev tərəfindən nəzarətə götürüldü və sosial müdafiə yönümlü ardıcıl, sistemli tədbirlər həyata keçirilməyə başladı». Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, ölkə Prezidentinin 10 və 26 yanvar tarixli proqram xarakterli çıxışlarında qarşıda duran yaxın və gələcək anti-böhran, postneft dövrü vəzifələrinin baş istiqamətləri müəyyənləşdirildi. Onun sözlərinə görə, başlıca məqsəd Azərbaycan vətəndaşının sosial müdafiəsinin gücləndirilməsi, əmək tutumlu iş yerlərinin yaradılması, bank-kredit, maliyyə-investisiya sisteminin təkmilləşdirilməsi, hüquqi bazanın bugünkü reallıqlara uyğunlaşdırılması və digərləridir.

«Məhz bu baxımdan parlamentdə müvafiq tədbirlər həyata keçirilmiş, Milli Məclisin 19 yanvar tarixli növbədənkənar iclası çağırılmış, komitə iclasları keçirilmiş və ölkənin ali maliyyə qanunlarına yenidən baxılmışdır. Büdcədəki rəqəmləri müqayisəli təhlil etsək görərik ki, bütövlükdə xərclərin, məxaricin cəmi 7.3% artmasına baxmayaraq sosial müdafiə və təminat xərcləri büdcə cədvəlində 43% - dən çox artmışdır. Qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulan vəsaitlər də artım baxımından təqdirə layiqdir. İqtisadi təsnifat üzrə bölmədə əsas artım “Təqaüdlər və sosial müavinətlər” bölməsində nəzərdə tutulmuşdur. Belə ki, təqaüdlərin və sosial müavinətlərin maliyyələşdirilməsi ilə bağlı xərclərin məbləği yenidən baxılma prosesində 211,5 mln manat artırılaraq 2 mlrd manata yaxın nəzərdə tutulmuşdur. Bu, bir daha onu göstərir ki, ölkə başçısının gərgin, kəsirli büdcə paketində belə Azərbaycan vətəndaşı onun sosial müdafiəsi önə çəkilmiş, daim diqqət mərkəzində saxlanmışdır»- deyə, H.Rəcəbli qeyd edib.