YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə ABŞ ştatları arasında əməkdaşlığın inkişafı üçün yaxşı imkanlar var

Azərbaycan ilə ABŞ ştatları arasında mövcud əməkdaşlığın inkişafı üçün yaxşı imkanlar var.

Bu fikir aprelin 4-də Milli Məclisin sədri Oqtay Əsədovun ölkəmizdə səfərdə olan ABŞ-ın Nevada Ştat Assambleyasının sədri Con Həmbrik ilə görüşündə səsləndirilib.

Oqtay Əsədov Azərbaycanın ABŞ, eləcə də onun ştatları ilə əlaqələrin inkişafında maraqlı olduğunu söyləyib. O, bu səfərin Nevada ştatı ilə əməkdaşlığın dərinləşməsinə yeni təkan verəcəyinə əminliyini ifadə edib. Milli Məclisin sədri indiyədək ABŞ-ın Azərbaycana on milyard dollardan çox investisiya yatırdığını söyləyib. 2015-ci ildə Azərbaycan ilə ABŞ arasında ticarət dövriyyəsinin bir milyard dollardan artıq olduğunu deyən Oqtay Əsədov bu əlaqələrin gələcəkdə daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Milli Məclisin sədri həyata keçirilən mühüm layihələrdə ABŞ-ın ölkəmizə göstərdiyi dəstəyi xüsusi vurğulayıb.

Azərbaycana səfərindən məmnunluğunu bildirən Con Həmbrik Nevada ştatının ölkəmiz ilə ticari-iqtisadi sahədə əməkdaşlıqda maraqlı olduğunu deyib. O, gələcəkdə əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edib.