YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini: Bu, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin, diplomatiyanın qələbəsindən xəbər verir

«Bir çox dövlətlər, o cümlədən  Pakistan, Belarus, Gürcüstan münaqişənin ədalətli şəkildə nizamlanmasına açıq şəkildə dəstək verməyə hazır olduqlarını bildiriblər. Bunu yüksək qiymətləndiririk». Bu fikirləri jurnalistlərə açıqlamasında Baş nazirin müavini,  YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, belə bir yanaşma ondan xəbər verir ki, həmin  dövlətlərin rəhbərləri də artıq Azərbaycana qarşı ədalətsizliyə dözmək istəmirlər. Onun sözlərinə görə,  bu da  Azərbaycanın münaqişənin ədalətli həlli prosesində tək olmadığını göstərir.

«Bu, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin, diplomatiyanın qələbəsindən xəbər verir. Azərbaycanın mövqeyinin ədalətli olduğunu bütün dünyaya çatdırmaq və beləliklə,  Azərbaycanın tərəfdarlarının sayını artırmaq siyasəti müsbət nəticələrini verməkdədir. Bu, eyni zamanda onu göstərir ki, Azərbaycan torpaqlarını işğal etmiş ermənilər və onların havadarları həm təklənirlər, həm də mövqeləri zəifləyir. Digər tərəfdən, onların ədalətsizliyini artıq bütün dünya etiraf etmək məcburiyyətində qalır»- deyə, Baş nazirin müavini vurğulayıb.