YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sədrinin müavini: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu həddə gəlib çatmasının mühüm səbəblərindən biri Minsk qrupunun öz vəzifəsini layiqincə yerinə yetirə bilməməsidir

«Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiyə qədər nizama salınmaması, vəziyyətin bu həddə gəlib çatmasının mühüm səbəblərindən biri ATƏT- in Minsk qrupunun öz vəzifəsini layiqincə yerinə yetirə bilməməsidir». Bu fikirləri jurnalistlərə açıqlamasında Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

 Əli Əhmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Minsk qrupunun fəaliyyəti ilə əlaqədar həm özünün, həm də cəmiyyətəimizin  mövqeyini qəti şəkildə ifadə edib. Onun sözlərinə görə, əgər Minsk qrupu ədalətli mövqe tutsaydı, işğalçı ilə işğala məruz qalanın hər ikisini tərəzinin eyni gözünə qoymağa çalışmasaydı, münaqişənin həlli üçün  ədalətli resept təklif etsəydi, yəqin ki, indiyə qədər problem aradan qalxardı. Bununla da,  və Cənubi Qafqazda gərginliyə gətirib çıxaran bu qarşıdurma baş verməzdi. Azərbaycan hökuməti bundan özü üçün vacib nəticələr çıxaracaq və bundan sonra həyata keçirəcəyi siyasətində təbii ki, bunlar nəzərə alınacaq»- deyə, YAP Sədrinin müavini vurğulayıb.