YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsrailli jurnalistlər Azərbaycanda baş verən son prosesləri işıqlandırmaq üçün ölkəmizə səfər ediblər

İsrailli junalistlər Azərbaycanda baş verən son prosesləri işıqlandırmaq üçün ölkəmizə səfər ediblər. Səfər çərçivəsində aprelin 4-də israilli junalistlər İsrail-Azərbaycan cəmiyyətlərində olub, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baş verən hadisələr barədə məlumat almaq üçün müvafiq qurumların mətbuat xidmətləri, həmçinin Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşlər keçiriblər.

İsrailin nüfuzlu media qurumlarının nümayəndələrindən ibarət heyətin səfərində əsas məqsəd Azərbaycanda baş verən hadisələri, Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatları, münaqişənin ölkəmizdə yaratdığı problemləri İsrail ictimaiyyətinə çatdırmaqdır.