YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Səhiyyə sahəsi ilə bağlı bir sıra qanunlara dəyişiliklər nəzərdə tutulur

«Milli Məclisin Səhiyyə komitəsinin mətbəxində bir neçə qanun layihəsi var. Bunlar “Reproduktiv sağlamlığın qorunması haqqında”,  “Psixoloji yardım haqqında” yeni qanun layihələri, həmçinin, “Dərman vasitələri haqqında” və “İcbari tibbi sığorta haqqında” qanunlara dəyişiklikləri nəzərdə tutan qanunvericilik aktlarıdır». Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, “Reproduktiv sağlamlığın qorunması haqqında” və “Psixoloji yardım haqqında” qanun layihələri hazırdır. Onun fikrincə, hər iki qanun çox vacib və əhəmiyyətli qanunlardır.  

«Müzakirəsi və qəbulu gözlənilən qanun layihələrindən  biri də “Dərman vasitələri haqqında”  mövcud qanuna bir sıra əhəmiyyətli düzəlişləri nəzərdə tutulan qanunvericilik aktıdır. Bu günlərdə  komitəmizin iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan  adıçəkilən qanun layihəsini müzakirə etdik. Orada da çox əhəmiyyətli dəyişikliklər öz əksini tapıb və düşünürəm ki, payız sessiyasında həmin sənədi də plenar iclasın müzakirəsinə çıxarmaq mümkün olacaq. Bununla yanaşı,  Tibbi Sığorta Agentliyinin yaradılması, fəaliyyətə başlaması  ilə bağlı, ən əsası isə icbari tibbi sığortanın tətbiqinə başlanılması, onun əhatə dairəsinin daha da genişləndirilməsi üçün “İcbari tibbi sığorta” haqqında qanuna mühüm dəyişiklikləri, əlavələri nəzərdə tutan qanun layihəsi də gündəmimizdədir. Çox güman ki, payız sessiyasında da bununla bağlı işçi qrupu yaradılacaq və orada da  həmin sənədə dəyişiklikləri nəzərdə tutan qanun layihəsi hazırlanıb müzakirələrə tövsiyə olunacaq”-deyə, M. Quliyev vurğulayıb.