YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevda Məmmədəliyeva: Artıq bütün dünya Bakıya mədəniyyətlərarası dialoq məkanı kimi baxır

«Azərbaycanda müxtəlif ölkələrə və dinlərə həmişə böyük diqqətlə yanaşırlar». Bu fikri mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva deyib.

S.Məmmədəliyeva bildirib ki, artıq bütün dünya Bakıya mədəniyyətlərarası dialoq məkanı kimi baxır. Onun sözlərinə görə, ölkəmizdə müxtəlif millətlərin, dinlərin nümayəndələri mehriban şəraitdə yaşayırlar.

«Vaxtaşırı olaraq buna aid müxtəlif tədbirlər keçirilir. Azərbaycanda bütün dinlərin nümayəndələri azad yaşayır, dinlərin və mədəniyyətlərin hamısına eyni münasibət bəslənilir. Müasir dövrdə Azərbaycanın multikulturalizm siyasəti dünya dövlətlərinə örnəkdir»- deyə, nazir müavini vurğulayıb.