YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Qlobal çağırışlar iqtisadi təhlükəsizlik məsələsini daha da aktuallaşdırıb

«Müasir dünyada qlobal çağırışlar ölkələrin iqtisadi təhlükəsizliyinin təmin olunması məsələsini daha da aktuallaşdırıb». Bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, beynəlxalq birliyə sıx inteqrasiya edən Azərbaycan yeni hədəflər müəyyənləşdirib. Onun sözlərinə görə, ölkəmizin dünyada yaşanan qlobal çətinliklərin fonunda öz təhlükəsizliyini təmin etmək üçün ilk növbədə daxili resurslara istinad edir.

«Ölkəmizdə qeyri-neft sektorunun inkişafı ildən-ilə daha dinamik hal alır. Hazırda respublikamızda sərmayə qoyuluşunda prioritet istiqamətlər kimi ağır sənaye, alternativ enerji, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, qida emalı sənayesi, logistika və daşıma, turizm kimi sahələr əsas götürülür. Bu da qeyri-neft sektorunun inkişafının göstəricisidir»- deyə, İ.Məmmədov vurğulayıb.