YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov İranın xarici işlər nazirinin təhsil və araşdırmalar üzrə müavini Seyed Kazem Sajjadpur ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikası xarici işlər nazirinin təhsil və araşdırmalar üzrə müavini Seyed Kazem Sajjadpur ilə görüşüb.

XİN-in mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan və İran arasında dostluq və tərəfdaşlıq prinsipləri əsasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişaf etdiyi vurğulanıb.

Seyed Kazem Sajjadpur Azərbaycana səfəri çərçivəsində bir sıra görüşlər keçirdiyini qeyd edib.

Görüşdə iki ölkənin diplomatik təlim müəssisələri arasında əlaqələrin inkişafının, tələbə mübadiləsinin, birgə seminar və konfransların keçirilməsinin vacibliyi vurğulanıb.