YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiyalı müğənni Alsu Leyla Əliyevanın sözlərinə yazılmış mahnı ifa edib

Rusiyalı müğənni Alsu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirinə yazılmış “Mən bir az ağlayım” (“Я пойду чуть-чуть поплачу”) mahnısını ifa edib. Mahnı əsasında çəkilmiş yeni klip “YouTube” da ilk dəfə təqdim olunub.

Qeyd edək ki, bu yaxınlarda Alsunun üçüncü övladı – Rafel adlı oğlu dünyaya gəlib. Klip müğənninin həyatında baş vermiş bu xoş hadisədən sonra ilk yaradıcılıq işidir.

“Mən bir az ağlayım” mahnısını müğənni gitaranın müşayiəti ilə ifa edir. Lirik kompozisiyada təsvir olunan romantik qəhrəman qəlbindəki iztirablara baxmayaraq, füsunkarlığını itirmir.

Mahnını Nigar Çəndirli və Dmitri Klimaşenko bəstələyib. Klipin rejissoru Mariya Unjakova və Pavel Sidorovdur.

 

DİGƏR Xəbərlər Arxiv