YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mövlud Çavuşoğlu: Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxmalıdır

Dekabrın 3-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

Elmar Məmmədyarov qeyd edib ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və regional məsələlər müzakirə olunub. Həmçinin görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu xətti və TANAP layihəsi ilə bağlı da geniş fikir mübadiləsi aparılıb.

Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxmalı olduğunu deyən Türkiyənin xarici işlər naziri bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupu səylərini gücləndirməlidir.