YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhməd Arslan: Türkiyə İKT sahəsində türkdilli dövlətlərlə əməkdaşlığı artırmaq niyyətindədir

Bu gün informasiya və kommunikasiya texnologiyaları sürətlə inkişaf edir və böyük potensiala malikdir. Ankara bu sahədə Türkdilli Dövlətlərin Əməkdaşlığı Şurasının üzvləri – Azərbaycan, Qazaxıstan və Qırğızıstanla əməkdaşlıq etmək niyyətindədir.

Bunu Trend-ə eksklüziv müsahibəsində Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlığlı Şurasının İKT nazirlərinin birinci iclasını şərh edərkən Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan deyib.

Nazirin sözlərinə görə, əməkdaşlığı inkişaf etdirməklə bu sahədə Asiya və Avropa regionlarında böyük səmərə əldə etmək olar: “Biz elektron hökumət və kibertəhlükəsizlik sahələrində birgə layihələr həyata keçirmək, o cümlədən təcrübəmizi bölüşmək istərdik.”