YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“ilsole24ore” saytı: İtaliyanın neft təchizatının əsasını İraq və Azərbaycan təşkil edir

İtaliyanın “ilsole24ore” xəbər saytında “İtaliyanın neft təchizatının əsasını İraq və Azərbaycan təşkil edir” adlı məqalə dərc olunub.

Məqalədə İtaliyanın 2016-cı ildə 30 ölkədən 60 milyon ton neft idxal etdiyi bildirilir. Qeyd olunur ki, İtaliyanı neftlə təchiz edən ölkələr sırasında birinci yerdə İraq (11,9 milyon ton), ikinci yerdə isə Azərbaycan (8,8 milyon ton) gəlir. Siyahıda üçüncü yerdə Rusiya (6,4 milyon ton) qərarlaşıb.