YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycan COP29-u yüksək səviyyədə keçirməklə dünyaya yeni həmrəylik və birlik nümunəsi göstərəcək”

“Son zamanlar Azərbaycan dövlətinin xarici siyasətində yeni strateji istqamətlər özünü göstərməkdədir. Xüsusən Azərbaycan müstəqillik uğurunda mübarizə aparan xalqlara, eləcə də ada dövlətlərinə dəstək verir”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli bildirib.

Asif Əsgərli deyib ki, Prezident İlham Əliyev mayın 13-də bir necə ada dövlətinin rəsmisini qəbul edərkən onlara dövlətimiz tərəfindən veriləcək dəstəklə bağlı fikirlərini də ifadə edib: “Azərbaycan COP29 çərçivəsində də bir sıra dövlətlərə öz dətəyini verəcək. Cənab Prezident “Düşünürük ki, kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur. Sizi əmin edə bilərik ki, kiçik ada dövlətləri məsələsi, onlara dəstəyin verilməsi, onların müdafiəsi müzakirələrin təməlində dayanacaq. COP29-un sədri kimi, biz bunu diqqət mərkəzində saxlayacağıq. Həmçinin digər kiçik ada dövlətləri ilə məsləhətləşərək, COP29 zamanı yüksək səviyyəli nümayəndələrin görüşünün təşkil olunmasını təklif edirik. Eyni zamanda, kiçik ada dövlətlərinə dəstəyin verilməsi məqsədilə praktiki töhfəni və maliyyələşmə addımlarını bəzi tərəfdaşlarla artıq müzakirə edirik”,- deyə öz dəstək və təkliflərini bildirib. Ümumi olaraq qonaqlar görüşdə iqlimlə bağlı mühüm məsələləri müzakirə ediblər. Cənab Prezident onları COP29-un açılış mərasiminə dəvət edib. Yeri gəlmişkən, Azərbaycan dövləti adından artıq dünya liderlərinə COP29-a dəvətlə bağlı məktublar göndərilib. Eyni zamanda Prezident İlham Əliyev müxtəlif dövlətlərin rəsmiləri ilə görüşdə də öz dəvətini edir”.

Politoloq bildirib ki, COP29 ciddi iqlim çağırışıdır: “Hər bir dövlət bu konfransda öz potensialını ortaya qoyacaq, təkliflərini verəcək. Azərbaycan dövləti də ev sahibi olaraq onları dəstəkləməyə hazırdır. Bura qlobal ekoloji problemləri müzakirə etmək üçün yaxşı fürsətdir. Azərbaycan COP29 çərçivəsində tərəfdaşları ilə sıx işləyəcək. Ümumiyyətlə, dövlətimiz bu tədbiri yüksək səviyyədə keçirməklə dünyaya yeni həmrəylik və birlik nümunəsi göstərəcək”.