YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malena Mard: Azərbaycan və Aİ arasında Yerdəyişmə üzrə Tərəfdaşlıq çox vacibdir

Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında imzalanmış Yerdəyişmə üzrə Tərəfdaşlıq çərçivəsində Aİ-nin maliyyə dəstəyi ilə icra olunan və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) tərəfindən həyata keçirilən “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək” (MOBİLAZE) layihəsi çərçivəsində Beynəlxalq Qadınlar Günü münasibətilə dövlət qurumlarının və digər tərəfdaş təşkilatlarının qadın heyəti üçün miqrasiya və gender məsələlərinə dair xüsusi seminar keçirilir.

Seminar miqrasiya sahəsində çalışan azərbaycanlı qadın mütəxəssislərin peşəkar inkişafına xidmət etməklə yanaşı, ölkəyə gələn, ölkədən çıxan və ölkədaxili miqrasiyanın yaxşılaşdırılmasına töhfə verəcək.

Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard qeyd edib ki, MOBİLAZE layihəsinin məqsədi miqrasiya sahəsində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsində Azərbaycan Hökumətinə dəstək verməklə, Yerdəyişmə üzrə Tərəfdaşlığın icrasına yardımçı olmaqdır. Layihənin məqsədləri əmək miqrasiyası, sənədlərin təhlükəsizliyi, milli sığınacaq siyasəti sahəsinə və geri qayıdan Azərbaycan vətəndaşlarının davamlı reinteqrasiyasının həyata keçirilməsində idarəçiliyi və potensialı gücləndirmək, o cümlədən Aİ və Azərbaycan arasında yerdəyişməyə dair ictimai məlumatlılığı artırmaqdır.

Seminarda qeyd olunub ki, bir günlük tədbirin məqsədi miqrasiya və gender problemlərini nəzəri perspektivdən həll edərkən yanaşmaları və tendensiyaları təqdim etmək, həmçinin azərbaycanlı qadın emiqrantların və geri qayıdanların, habelə ölkədəki qeyri-Azərbaycan vətəndaşları olan qadın immiqrantların vəziyyətini müzakirə etməkdir.

“Hesab edirəm ki, bu tədbir təcrübə mübadiləsinin, şəbəkələndirmənin və müəyyən platformanın yaradılması üçün vacibdir. Miqrasiya mövzusu ən mürəkkəb və çox resurs tələb edən çağırışlardan biridir. Nəzərə alsaq ki, dünyada 60 milyona yaxın qaçqın və məcburi köçkün var. Bu da onu göstərir ki, miqrasiya qlobal çağırışdır. Ona görə də Azərbaycan və Aİ arasında Yerdəyişmə üzrə Tərəfdaşlıq çox vacibdir. Biz bu məsələlərdə bir yerdə işləməliyik. İnsanlar yoxsulluğun, müharibənin, qeyri sabitliyin, iqlim dəyişikliyin ucbatından öz ölkələrini tərk edirlər. Yollarda təhlükələrin olmasına baxmayaq, ölkəni tərk edənlərin əksəriyyəti qadınlardır. Biz çalışmalıyıq ki, burada qaçaqmalçıların, insan alverçilərinin səylərini dəf edək və həmin insanlara dəstək olaq. Əlbəttə, ölkələrə qanunsuz daxil olan miqrantlar da var, ancaq biz onlara da humanist yanaşmalıyıq”,- deyə Malena Mard vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv