YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Banqladeş Prezidenti: Azərbaycan ilə əməkdaşlığımızın daha da dərinləşəcəyinə əminəm

Azərbaycan və Banqladeş arasında qardaşlıq münasibətlərinin kökləri tarixə, müştərək inanca, mədəniyyət və ənənələrə əsaslanır. Dost ölkələrimizin xalqlarının qarşılıqlı mənafeyi naminə iqtisadiyyat, ticarət, investisiya və kommersiya sahələrində əməkdaşlığımızın daha da dərinləşəcəyinə əminəm.

Bu fikirlər Banqladeş Xalq Respublikasının Prezidenti Md. Əbdül Həmidin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ölkələrimiz arasında diplomatik münasibətlərin 25-ci ildönümü münasibətilə göndərdiyi məktubda öz əksini tapıb.

Banqladeş Prezidenti dövlətimizin başçısına möhkəm cansağlığı, rifah və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və firavanlıq arzulayıb.