YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov Polşa Seyminin başçısı Marek Kuçinski ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşaya rəsmi səfəri çərçivəsində Seymin başçısı Marek Kuçinski ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Seymin başçısı Azərbaycan ilə əlaqələrə xüsusi əhəmiyyət verdiyini bildirib, bu xüsusda parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyinə toxunub.

Görüşdə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev Polşaya ümumilikdə 7 dəfə səfər edib və Polşanın bütün prezidentləri Bakıda olublar. M.Kuçinski Polşanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafını, Avropa İttifaqı ilə strateji tərəfdaşlığa dair sazişin imzalanmasını dəstəklədiyini qeyd edib.

Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Polşanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığını diqqətə çatdırıb. E.Məmmədyarov Seymin başçısına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesi haqqında məlumat verib və münaqişənin həllinə dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin tələblərindən söz açıb. O, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün Ermənistana beynəlxalq təzyiq göstərilməsinin vacibliyini vurğulayıb.