YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramin Məmmədov: Azərbaycanda gənclər qlobal çağırışlar fonunda ictimai-siyasi sektorda uğurlu fəaliyyət göstərir

«Azərbaycanda gənclər qlobal çağırışlar fonunda ictimai-siyasi sektorda uğurlu fəaliyyət göstərir». Bu fikri YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov deyib.

R.Məmmədov bildirib ki, bu gün gənclərimizin birləşdiyi ən böyük siyasi təşkilatdır. Onun sözlərinə görə, YAP hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib.

«Zaman keçdikcə YAP-ın gənclərə olan diqqət və qayğısı daha da artıb, partiyanın gənc nəsilə yönələn fəaliyyəti genişlənib. YAP-ın Gənclər Birliyi bu gün də istedadlı, cəmiyyətə və dövlətə yararlı olmaq istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə işlər görür. Hesab edirəm ki, bu müsbət nümunə bir çox ölkələrdəki ayrı-ayrı təsisatlar tərəfindən örnək kimi qəbul edilə bilər. Həm uğurlu gənclər siyasətinin həyata keçirilməsində, həm də gənclərin müasir qlobal çağırışlara adekvat cavab verməsində müstəsna önəm kəsb edir. Eyni zamanda, biz ayrı-ayrı cəmiyyətlərdə gənclərin  radikal, ekstremist təsirlərin fonunda zərərli tendensiyaların axarına qapıldığını da müşahidə edirik. Bu cür neqativ hal və hərəkətlərin qarşısının alınmasında həm maarifləndirici tədbirlər həyata keçirmək, həm də uğurlu gənclər siyasəti vasitəsi ilə bu təbəqəni qayğıyla əhatə etmək lazımdır. Məhz Azərbaycan təcrübəsi buna parlaq nümunədir. Ölkəmizdə gənclərin zərərli proseslərə qoşulmasının qarşısının alınması üçün həm profilaktik tədbirlər həyata keçirilir, həm də bu cür hallara qarşı ciddi mübarizə aparılır. Zənnimcə, bu amil də intellektual, sağlam düşüncəli və mütərəqqi gəncliyin yetişməsində, cəmiyyətə yararlı fərdlər kimi səmərəli fəaliyyət göstərməsində və qlobal çağırışlara adekvat cavab verməsində önəmli yer tutur»- deyə, R.Məmmədov vurğulayıb.