YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtər rayonunda seçicilərlə görüşlər uğurla davam edir

Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Tərtər rayonunda seçicilərlə görüşlər davam edir. Bu silsilədən növbəti görüş rayonun İsmayılbəyli, Azad Qaraqoyunlu, Qapanlı, İlxıçılar , Ələsgərli, Bayandur, Yenikənd  və Xoruzlu kəndlərində keçirilib.

Görüşlərdə YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov və akademik Vaqif Abbasov YAP tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin rəhbərliyi ilə 2003-2018-ci illərdə ölkəmizdə görülənq işlər barədə seçicilərə geniş məlumat veriblər. Bu müddət ərzində müxtəlif sahələr üzrə əldə edilən uğurlardan danışan natiq onu da əlavə ediblər ki, cənab İlham Əliyevin ölkəyə rəhbərliyi dövrdə əmək haqlarının və əhalinin gəlirlərinin artırılmasına xidmət edən kompleks tədbirlər, regionların sosial-iqtisadi inkişafı istiqamətində müvafiq Dövlət proqramları həyata keçirilib.

Keçirilən görüşlərdə çıxış edən sakinlər isə ölkə Prezidentinin yürütdüyü daxili və xarici siyasətinin xalq tərəfindən bir mənalı şəkildə dəstəklədiyini qeyd ediblər. Çıxışlarda birmənalı şəkildə bildirilib ki, dövlətçiliyə sadiq tərtərlilər bu dəfə də cənab İlham Əliyevə səs verçəcəklər.