YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Bu gün Azərbaycan Heydər Əliyevin ideyaları əsasında uğurla, qürurla inkişaf edir

«Ulu öndər Heydər Əliyevin doğum gününün yüksək coşqu ilə qeyd olunması Azərbaycan xalqının dahi şəxsiyyətin ölkəmiz qarşısında xidmətlərinə verdiyi yüksək qiymətin, Onun xatirəsinə hörmət və ehtiramının təzahürüdür. Azərbaycan xalqı hər zaman Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edəcək. Biz Ümummilli lideri təkcə doğum günü ərəfəsində xatırlamırıq, Onun əziz xatirəsi hər zaman qəlbimizdə yaşayır». Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən «Heydər Əliyev» portretinin təqdimat mərasimində çıxışı zamanı deyib.

Əli Əhmədov bildirib ki, Ümummilli lider Heydər Əliyevin ideyaları daim yaşayacaq. Çünki bu ideyalar Azərbaycanın tərəqqisinin və yüksəlişinin əsasını təşkil edir: “Bu dövlət nə qədər yaşayacaqsa, hər zaman xalqımız bu dövlətin qurucusunu, Ümummilli liderimiz Heydər Əliyevi yad edəcək, Onun xatirəsini anacaq. Bu artıq Azərbaycanda bir ənənəyə çevrilib və hesab edirəm ki, bu bir dövlətçilik ənənəsidir. Dövlətin yaradıcısına xalqın etimadı Onun şəxsiyyətinə, xatirəsinə olan hörmət və ehtiramın ifadəsidir. Eyni zamanda, bu, xalqın öz dövlətinə olan ehtiramının ifadəsidir”.

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misislsiz xidmətlərindən danışarkən Baş nazirin müavini deyib ki, respublikamızın bütün guşələrində Ümummilli lider Heydər Əliyevin nişanələri, Onun zəhmətinin bəhrələri görünür. Məhz Azərbaycanın uğurlu inkişafı məhz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində təmin edilib. «Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri o qədər böyükdür ki, Heydər Əliyevin xatirəsi hər gün, hər zaman  anılır. Azərbaycanın ayrı-ayrı sahələrdə inkişafında Heydər Əliyevin nişanələri görünür. Azərbaycanın hər bir güşəsində Heydər Əliyevin izi görünür, hər bir sahənin inkişafında Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət özünü göstərir. Bu gün Azərbaycan Heydər Əliyevin ideyaları əsasında uğurla, qürurla inkişaf edir. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət, dəyərlər, strategiya Azərbaycan xalqına xidmət edir”- deyə, o vurğulayıb.