YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Görünən odur ki, Sarkisyanı əvəzləyən Nikol Paşinyan onun yolu ilə getməkdədir

«Ermənistan dərin sosial-iqtisadi böhran içərisində olması ilk növbədə onun işğalçılıq siyasəti ilə bağlıdır». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlaması nəinki Ermənistan hakimiyyətinə ciddi divident gətirmir, əksinə vəziyyətini daha da ağırlaşdırıb. Çünki məhz təcavüzkar mövqe bu dövləti bu dünyada etibarlı tərəfdaş olmadığını təsdiqləyib.

«Bu səbəbdən xarici biznes qurumları, şirkətlər, iş adamları Ermənistana investisiya qoymağa maraqlı deyil. Ona görə də, işğalçı ölkənin iqtisadiyyatı tənəzzül vəziyyətindədir. İqtisadi tənəzzül isə əhalinin sosial durumunun ağırlaşmasında birbaşa rol oynayır. Məhz bu amil  hakimiyətlə xalq arasında uçurumu dərinləşdirdi və Serj Sarkisyan hakimiyyətdən qovuldu. Amma görünən odur ki,  Sarkisyanı əvəzləyən Nikol Paşinyan da onun yolu ilə getməkdədir. Çünki  Paşinyan ölkə daxilindəki böhrana, işğalçılıq siysətinə son qoymaq əvəzinə cəbhə xəttində təxribatlar törədək diqqəti Ermənistanın daxili böhranından yayındırmağa çalışır.  Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq Azərbaycan tərəfi bütün hallarda öz ərazi bütövlüyünü təmin etmək, qorumaq  üçün zəruri addımları atır»-deyə, E.Məmmədov vurğulayıb.