Xəbərlər
YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Kambocada keçirilən parlament seçkilərini müşahidə etmək üçün rəsmi səfərə gedib
Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva iyulun 27-dən Kambocada keçirilən parlament seçkilərini müşahidə etmək üçün rəsmi səfərdədir. Qeyd edək ki, parlament seçkiləri iyulun 29-da keçiriləcək . Sevinc Fətəliyeva müşahidə missiyasını Mərkəzçi Demokratik İnternasionalın tərkibində Yeni Azərbaycan Partiyasını təmsilən iştirak edir. Eyni zamanda səfər çərçivəsində şöbə müdiri “Kambocada siyasi vəziyyət və milli seçki prossesi” mövzusunda keçirilən brifinqdə iştirak etmiş, ölkənin baş naziri, senatın prezidenti, daxili işlər naziri və siyasi partiyaların nümayəndələri ilə görüşərək fikir mübadiləsi aparmışdır.
Səfər 30 iyul tarixində başa çatır.