YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akif Əlizadə: 15 sentyabr tarixi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığında müstəsna əhəmiyyətə malikdir

“Xalq Cümhuriyyəti Azərbaycan tarixində xüsusi mərhələ təşkil edir”. Bu fikri AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki, türk-müsəlman Şərqində ilk parlamentli respublika olan Xalq Cümhuriyyəti dünya tarixinin ən demokratik dövlət qurumlarından biridir. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinin ölkəmizdə dövlət səviyyəsində qeyd edildiyini deyən alim bugünkü konfransın Qafqaz İslam Ordusunun xalqımızın tarixindəki yeri və roluna həsr olunduğunu bildirib.

“1918-ci il 15 sentyabr tarixi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığında müstəsna əhəmiyyətə malikdir. Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycana gələrək işğalçı erməni-bolşevik qüvvələri ilə mübarizə aparıb, Bakını işğaldan azad edib. Məhz sentyabrın 15-dən sonra milli hökumət Gəncədən Bakıya köçürüldü və Bakı AXC-nin paytaxtı elan edildi”-deyə, AMEA prezidenti vurğulayıb.