YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Rusiyanın regionları ilə əməkdaşlıq münasibətləri daha da dərinləşdirir

“Azərbaycan təkcə Rusiya ilə dövlət səviyyəsində yox, eyni zamanda Rusiyanın regionları ilə də iki tərəfli müqavilələri var. Bu müqavilələr münasibətləri həm iqtisadi, həm də humanitar sahədə dərinləşdirir”. Bu fikirləri Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

R.Musabəyov  bildirib ki, Azərbaycanla yanaşı, Rusiyanın da burada maraqları var.

 “Xüsusilə də Sankt-Peterburq, Moskva, Şimali Qafqazdan Dağıstan, Çeçenistan, Stavropol, Tatarıstan regionları Azərbaycanla əlaqələri dərinləşdirməyə maraqlıdırlar. Ümumiyyətlə, Azərbaycan-Rusiya Regionlararası Forumu iki ölkə arasındakı münasibətlərdə əhəmiyyətli olmasaydı, 9-cu dəfə keçirilməzdi. Bu səbəblə də belə bir Forum baş tutur. Hesab edirəm ki, bu davamlı olacaq”-deyə, deputat qeyd edib.