YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: Dövlət Proqramında differensial vergi sisteminə keçid xüsusi tədbir kimi nəzərdə tutulur

“2018–2020-ci illərdə Azərbaycan Respublikasinda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, sadələşdirilmiş vergi sisteminin tədricən ƏDV sistemi ilə əvəzləşdirilməsi və bu vergi dərəcəsinin diferensiallaşdırılması nəzərdə tutulur”. Bu fikri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, sənədə əsasən Vergilər Nazirliyi sahibkarların sadələşdirilmiş vergi sistemindən ƏDV sisteminə mərhələli keçid mexanizminin hazırlanması nəzərdən keçirəcək və müxtəlif sektorlar və ölçüsündən asılı olaraq onlar üçün mərhələli yanaşma planı tərtib ediləcək. Bu o deməkdir ki, sadələşdirilmiş vergi ödəyicilərinin mərhələli şəkildə differnsial vergi ödəyəcəsinə çevrilməsinə çalışılacaq.

“Sənəd birmənalı şəkildə sadələşdirilmiş vergi sistemin ləğv ediləcəyini vurğulamasa da, differensial vergi sisteminə keçid xüsusi tədbir kimi nəzərdə tutulur. Bu isə o deməkdir ki, bu tədbirlər reallaşarsa sadələşdirilmiş vergi ödəyiciləri mərhələli şəkildə ƏDV ödəyiciləri olacaqlar. Doğrudur, differensial ƏDV-ə keçid qiymətləndiriləndən sonra bununla bağlı qərar veriləcək. Əgər bu baş verərsə o zaman sadələşdirilmiş vergi ödəyiciləri mərhələli şəkildə differensial vergi ödəyicisinə çevriləcək. Proqrama əsasən, bu proses 2020-ci ildə yekunlaşmalıdır. Bu zaman sadəcə hansı sektorda deyil, eləcədə dövriyyə nəzərə alınmaqla differensial ƏDV ödəyiciləri müəyyənləşdiriləcək. Məsələn, ardıcıl 12 ay 150 min manat dövriyyəsi olan sahibkar indi 4 faiz sadələşdirilmiş vergi ödəyirsə ona dəyişikliklərdən sonra eyni faizlə, yəni 4 faiz, differensial ƏDV ödəmək təklif oluna bilər. Proqram optimal vergi yükünün tətbiqini də nəzərdə tutur. Bu isə o deməkdir ki, bəzi vergi dərəcələrinə yenidən baxılıb azaldıla bilər. Sənəddə qeyd olunur ki, vergitutma mexanizminin sadələşdirilməsi imkanları araşdırılacaq və sahibkarlıq subyektlərinin fəaliyyətində yaranacaq vergi öhdəliklərinin öncədən müəyyən edilməsi və proqnozlaşdırılmasının asanlaşdırılmasına imkan verən, bütövlükdə könüllü əməletməyə stimullar yaradan daha təkmil vergi strukturu və optimal vergi yükü formalaşdırılması məqsədilə təkliflər hazırlanacaqdır”-deyə, ekspert vurğulayıb.