YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Rusiya prezidenti Vladimir Putinin ölkəmizə işgüzar səfəri böyük əhəmiyyət daşıyır

“Rusiya prezidenti Vladimir Putinin ölkəmizə işgüzar səfəri böyük əhəmiyyət daşıyır”. Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı  bildirib ki, iki ölkə arasında münasibətləri bir sıra amillər şərtləndirir. Azərbaycanla Rusiyanın qonşu olduğunu deyən millət vəkilinin sözlərinə görə,  Azərbaycanda rus, Rusiyada isə azərbaycanlı icması yaşayır. İqtisadi, mədəni, humanitar sahələrdə fəaliyyət iki ölkəni bir-birinə daha da bağlayır.

“Bu səfər bir daha göstərdi ki, Rusiya üçün Cənubi Qafqazda ən vacib ölkə Azərbaycandır. İndiyədək Rusiyada bəzi qruplar və şəxslər Ermənistanı müdafiə edirdilər. Bu səfərdən sonra Rusiya üçün Cənubi Qafqazda ən önəmli ölkənin Azərbaycan olduğunu başa düşəcəklər. Ermənistan Rusiyanın çiyinlərində yükdür. Rusiya Ermənistandan heç bir fayda götürmür. Yalnız Ermənistan Rusiyadan faydalanır. Bununla paralel olaraq, daim Rusiyaya, rus xalqına xəyanət edir, ayağının altını qazır, kürəyinə arxadan bıçaq sancır”-deyə, deputat qeyd edib.