YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Flora Qasımova: Artıq bütün manevrlər bitib və problemin həllinə başlamağın zamanı yetişib

“Ermənistan baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə  bağlı indiyə qədər verdiyi qeyri-ciddi  bəyanatlar daxili auditoriya hesablanıb və siyasi hakimiyyətinin möhkəmlənməsinə xidmət edib”. Bu fikri Milli Məclisin deputatı Flora Qasımova deyib.

F.Qasımova bildirib ki, Ermənistanın keçmiş rəhbərləri Qarabağın işğalını uzatmaq üçün hər variantdan istifadə ediblər. Onun fikrincə, artıq bu manevrlər bitib və problemin həllinə başlamağın zamanı da yetişib.

“Ona görə də Ermənistanın baş naziri  ciddi düşünməlidir və indiyə qədər aldadılmış erməni xalqını başa salmalıdır ki, Dağlıq Qarabağa Azərbaycan tərəfindən təklif olunan ən yüksək idarəetmə statusu tarixi şansdır. Onlar bu şansdan istifadə etməlidir”-deyə, deputat qeyd edib.