YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Amerika Bibliya Cəmiyyətinin Beynəlxalq missiyası departamentinin direktor müavini Çarlz Lambert ilə görüşüb

Oktyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Amerika Bibliya Cəmiyyətinin Beynəlxalq missiyası departamentinin direktor müavini Çarlz Lambert ilə görüşüb.

Komitədən bildiriblər ki, görüşdə DQİDK-nın sədri qonağı ölkəmizdəki dövlət-din münasibətləri və multikultural mühit barədə məlumatlandırıb. Bildirib ki, demokratik, dünyəvi və hüquqi dövlət olan Azərbaycanda din dövlətdən ayrı olsa da, bu sahəyə daim diqqət və xüsusi qayğı göstərilir. Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasət fundamental azadlıqlardan olan dini etiqad azadlığının qorunmasına, ölkədəki bütün dini icmalara bərabər imkanların yaradılmasına və ölkəmizdə əsrlərboyu formalaşmış tolerantlıq ənənələrinin daha da möhkəmlənməsinə yönəlib.

Azərbaycanda müxtəlif dini konfessiya nümayəndələrinin etnik-mədəni özünəməxsusluğunun qorunub-saxlanması üçün hərtərəfli hüquqi-demokratik şərait yaradıldığını deyən Mübariz Qurbanlı ölkəmizdə 20-si xristian olmaqla 31 qeyri-İslam təmayüllü dini icmanın dövlət qeydiyyatına alındığını, 14 kilsənin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən Amerika Bibliya Cəmiyyətinin nümayəndəsi Çarlz Lambert hər gəlişində Bakının daha da inkişaf etməsinin şahidi olduğunu bildirib. Ölkəmizdəki dinlərarası harmoniya və etnik-dini tolerantlıqdan bəhs edən qonaq “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının fəaliyyəti üçün yaradılan yüksək şəraitdən məmnunluğunu ifadə edib.

Sonda qonağa Dövlət Komitəsinin ingilis dilində nəşr etdirdiyi, ölkəmizdəki dini tolerantlıq mühitindən və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmindən bəhs edən kitablar təqdim edilib.