YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Azərbaycan 2018-ci ildə mühüm uğurlar qazandı

“2018-ci il Azərbaycan üçün mühüm uğurlarla və bir sıra əlamətdar hadisələrlə zəngin olub. Yola saldığımız il ölkəmizin tarixinə daha bir uğurlu il kimi daxil oldu”. Bu fikirləri Milli Məclisin deputatı Nizami Cəfərov deyib.
N.Cəfərov bildiirb ki, Azərbaycan başa çatan 2018-ci ildə siyasi və beynəlxalq mövqelərini daha da möhkəmləndirdi, mühüm uğurlar qazandı. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həyatın bütün sahələrində yeni nailiyyətlərə imza atıb, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyib.
“Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bu məqamları geniş şəkildə vurğuladı. Başa vurmaqda olduğumuz 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin, Silahlı Qüvvələrimizin, parlamentimizin yaradılmasının 100 illik, Ümummilli liderimiz Heydər Əliyevin 95 illik yubileyləri geniş şəkildə qeyd olundu. Xüsusilə qeyd edim ki, ölkəmizdə növbəti prezident seçkiləri keçirildi, Azərbaycan seçicilərinin böyük əksəriyyəti səsvermədə iştirak edərək cənab İlham Əliyevə yenidən etimad göstərdi. 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərinin nəticələri Azərbaycanda dövlət başçısı İlham Əliyevin nüfuzunun kifayət qədər yüksək olduğunu bir daha təsdiqlədi. Bu seçkilərdə xalq öz iradəsini növbəti dəfə ortaya qoyaraq, son 15 ildə Azərbaycanı inamla idarə edən, ölkəmizə misilsiz uğurlar qazandıran cənab İlham Əliyevə səs verdi və Onu növbəti 7 il üçün Azərbaycanın dövlət başçısı seçdi. Bu seçim xalqın öz liderinə sonsuz inamının ifadəsi idi”-deyə, N.Cəfərov vurğulayıb.